Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda qəza: "BakuBus" dəmir maneəyə çırpıldı
Bakının Babək prospekti, 31 ünvanında yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, "BakuBus" MMC-yə məxsus marşrut avtobusu çoxtonnajlı maşınların keçməsinin qarşısını almaq üçün quraşdırılmış dəmir maneəyə çırpılıb.
Qəza nəticəsində dəmir maneə sıradan çıxıb və avtobusa ziyan dəyib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Həmin görüntüləri təqdim edirik:
"BakuBus MMC" teqi üzrə xəbərlər
Ən çox oxunanlar