Metronun 28 may stansiyası yaxınlığında, Puşkin 32 ünvanında yerləşən mağazada yanğın baş verib.
Oxu.Az Müsavat.com-a istinadən xəbər verir ki, ticarət mərkəzində işləyənlər hadisə yerindən evakuasiya ediliblər.
Yanğının baş verdiyi əraziyə FHN-nin yanğınsöndürənləri gəliblər.
İlkin ehtimallara görə, yanğın qısaqapanmadan baş verib.