“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki oyunlarının cədvəli məlum olub.
Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu ilk oyununu sentyabrın 18-i Bakıda Fransanın “Sent-Etyenn” klubuna qarşı keçirəcək.
“Qarabağ”ın oyunlarının cədvəli:
18 sentyabr. “Qarabağ” - “Sent-Etyenn”.
2 oktyabr. “İnter” - “Qarabağ”.
23 oktyabr. “Dnepr” - “Qarabağ”.
6 noyabr. “Qarabağ” - “Dnepr”.
27 noyabr. “Sent-Etyenn” - “Qarabağ”.
11 dekabr. “Qarabağ” - “İnter”.
“Qarabağ”ın ev oyunlarının başlanma vaxtı gələn həftə müəyyən ediləcək. Səfər oyunları isə Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.