Şərqi Avropada mədəni müxtəliflik üçün “ADAMI Media Prize” mükafatı tərəfindən təşkil edilən “ADAMI – Dialoqlar” seminarı ilk dəfə Bakıda keçiriləcək.
Seminarın mövzusu: “Videobloq: öz ifadəni tap, yaz və paylaş!”
İki günlük seminar 27-28 oktyabr 2017-ci il tarixlərində Bakıda YARAT Müasir İncəsənət Mərkəzində keçiriləcək.
Yaradıcı Seminar videobloq fenomenini müzakirə etmək, habelə iştirakçılara öz layihələrini yaratmaq və həyata keçirməkdə yardım göstərmək məqsədi daşıyır.
Seminar tanınmış videobloqçular, Şərqi Avropa yayımçılarının mütəxəssisləri tərəfindən aparılır.
Brifinqdə iştirak etmək üçün tanınmış alman rejissoru və prodüseri, “ADAMI Media Prize” proqramının direktoru Stefan Toltz Bakıya gələcək.
Seminarın kuratoru – Azərbaycanlı kinorejissor, tələbə “Oskar” mükafatının laureatı Elmar İmanov forumun məzmunu barədə məlumat verəcək. Brifinqdə Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi iştirak edəcək.
Brifinq zamanı fransız-alman ARTE kanalının onlayn strategiya üzrə rəhbəri Dominik Uilyam ilə Skype bağlantısı təşkil ediləcək.
Gələcək seminar öz məzmunu və üslubu ilə fərqli olacaq. Bütün iştirakçıların, müzakirəçilərin və moderatorların canlı dialoqu və birbaşa ünsiyyəti olacaq.
Seminar Şərq Tərəfdaşlığı ölkələrinin iştirakçılarına açıqdır. Maraqlanan namizədlər seminarda iştirak etmək və qrant almaq üçün müraciət edə bilərlər.
Onlayn ərizə forması aşağıdakı linkdə yerləşir və 2017-ci il 1 oktyabr tarixinə qədər açıqdır:
www.adamimediaprize.eu/how-to-apply-adami-dialogue-baku-ru/
ADAMI Media Prize
“ADAMI Media Prize” Şərq Tərəfdaşlığı ölkələrində kinematoqrafçıları, jurnalistləri və audiovizual peşəkarları miqrasiya, tolerantlıq və mədəni müxtəliflik mövzularına təşviq etmək üçün yaradılıb.
Mükafat müxtəliflik mövzusunda olan ən yaxşı televiziya filmləri və onlayn proqramlara verilir.
Mükafatla yanaşı, ADAMI Şərqi Avropa və AB-dən media mütəxəssisləri arasında informasiya mübadiləsi və əlaqələr yaratmaq məqsədi ilə bir sıra tədbirlər təşkil edir.
“ADAMI Media Prize” Almaniyanın Xarici İşlər Nazirliyi və ProCredit Holding tərəfindən maliyyələşdirilir.
Daha ətraflı məlumat üçün: www.adamimediaprize.eu
E.Ə.
www.oxu.az