Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Xətlərdə qəza baş verməyib, sular çəkilib, heç bir problem yoxdur" - RƏSMİ AÇIQLAMA
"Sözügedən ərazidəki xətlərdə hər hansı qəza baş verməyib".
Bu barədə məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən verilib.
"İntensiv yağıntı nəticəsində qısamüddətli su yığılması baş verib və tez bir müddətdə də sular çəkilib. Az öncə əməkdaşlarımız ərazidən qayıdıblar və hazırda heç bir problem yoxdur", - deyə məlumatda qeyd olunur.
Bu gün səhər saatlarında Bakı şəhərinə yağan güclü yağış yolları keçilməz vəziyyətə salıb.
Oxu.Az xəbər verir ki, şəhərin mərkəzi küçə və prospektləri nəinki piyadalar, hətta avtomobillər üçün də keçilməz olub.
Bəzi ərazilərdə kanalizasiya sularının da küçələrə axması ətrafa üfunət iyinin yayılmasına səbəb olub. Tbilisi prospektində, Zivərbəy Əhmədbəyov, Cəfər Cabbarlı, Füzuli küçələrində daşan kanalizasiya suları hərəkəti iflic edib.
Füzuli küçəsindəki dairədə böyük bir göl yaranıb və avtomobillərin hərəkəti mümkünsüz olub.
Cəfər Cabbarlı küçəsində isə kanalizasiya xəttində problem yarandığı görünür. Ətrafdakı üfunət iyi bunu deməyə əsas verir.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında iyunun 22-si gündüzədək, bölgələrdə isə 23-ü gündüzədək fasilələrlə davam edəcək.
Əzizə İsmayılova
"Yağışın fəsadları" teqi üzrə xəbərlər
- Masazır sakinlərinin bitməyən kanalizasiya problemi: "Mişardaşı döşəmişik ki, işə gedə bilək"
- Sumqayıtda şagirdlər yağış sularına görə ÇIXILMAZ VƏZİYYƏTDƏ
- Masazırda küçələri su basdı: 25 nəfər təxliyə edildi - RƏSMİ
- Bakıda məktəbin qarşısında yaranan ANTİSANİTAR vəziyyət aradan qaldırılıb
- Sulutəpə qəsəbəsində həyətləri su basdı, küçələr KEÇİLMƏZ OLDU
Rəylər