Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində ağaclıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumat əsasında dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb. Yanğın nəticəsində bir hektara yaxın ərazidə quru ot və ağaclar yanıb. Yaxınlıqdakı tikililər və sıx ağaclıq ərazi yanğından mühafizə olunub.
Yanğın saat 13:08-də yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
13:31
Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində baş verən yanğın artıq söndürülüb.
Bu barədə Oxu.Az-ın hadisə yerində olan əməkdaşı məlumat verib.













12:52
Bakıda yaşıllıq ərazidə yanğın başlayıb.
Oxu.Az-ın məlumatına görə, yanğın Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində ağaclıq ərazisində qeydə alınıb.
Hadisə yerinə Fövqəaldə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.


FOTO: Tapdıq Abdullayev