Bakıda yeni yaşayış binasında yanğın baş verib.
Oxu.Az novosti.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində, Yeni Yasamal adlanan ərazidə yerləşən yeni tikilmiş binada baş verib.
Yanğın iki mərtəbədəki mənzili, 10 və 11-ci mərtəblərdəki evləri əhatə edir.
Hazırda hadisə yerinə gələn 3 yanğınsöndürən briqada alovu söndürməyə çalışır. Yanğın nəticəsində xəsarət alanlar var. Onlar təcili tibbi yardım maşını ilə xəstəxanalara aparılıblar. Binanın sakinləri təxliyyə ediliblər. (milli.az)