Bakı şəhəri, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınan yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatı məlum olub.
Bu barədə Oxu.Az-a "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva məlumat verib.

O bildirib ki, bu gün saat 12:20-də Şamil Kərimov küçəsi, 12A ünvanında zəncirvari yol-nəqliyyat hadisəsi baş verib:
"İlkin məlumata əsasən, digər daşıyıcılara məxsus iki avtobus arasında qəza baş verib və nəticədə avtobuslardan biri dayanacaqda dayanan "BakuBus" MMC-yə məxsus 57 nömrəli müntəzəm marşrut xətti istismarda olan avtobusa arxadan çırpılıb.
Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib, araşdırma aparılır".
Aygün Mirakif
Bakıda sərnişin avtobuslarının iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.
Bildirilib ki, hadisə zamanı üç marşrut avtobusu və bir avtomobil toqquşub.
Qəzada xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.