Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakının daha bir küçəsi avtomobillərin hərəkəti üçün TAM BAĞLANDI
Böyükşor-Pirşağı yeni avtomobil yolunun 7.6-cı km-lik hissəsində yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Hərəkətin məhdudlaşdırılması 17 may tarixində səhər saat 07:00-dan başlayıb və bir neçə saat ərzində qüvvədə olacaq.
Bakının İlqar Abdullayev küçəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Qeyd olunub ki, 17 may saat 00:00-dan dan etibarən Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolu layihəsinin 16-cı kilometrində tikintisi davam edən tunelin giriş hissəsinin qurulması ilə əlaqədar olaraq, İlqar Abdullayev küçəsində (Masazır-Novxanı avtomobil yolu ilə birləşməsindən Saray Polis Bölməsinə qədər olan hissə) nəqliyyat vasitələrinin hərəkəti tam şəkildə məhdudlaşdırılır.
"Hərəkətin məhdudlaşdırılması tikinti işləri bitənədək qüvvədə olacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.
"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)" teqi üzrə xəbərlər
- Süleyman Süleymanova vəzifə VERİLDİ
- Sabahdan Bakıda iki yolun kəsişməsində hərəkət qismən məhdudlaşdırılacaq
- Binəqədi–Novxanı avtomobil yolunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
- Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın bir sıra yollarında hərəkət məhdudlaşdırılacaq
- Prezidentin 1,5 milyon manat ayırdığı yolların yenidən qurulmasına başlanıldı