Heydər Əliyev prospektində şəhər istiqamətində ağır qəza olub.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, baş verən zəncirvari qəzada “KIA Optima”, “VAZ 21 07” və “Hyundai Tucson” markalı avtomobilləri toqquşub.
Xoşbəxtlikdən hadisə nəticəsində ölən olmasa da, sürücülər ağır zədə alıblar. “Hyundai”in sürücüsünün ayağı qırılıb.
Avtomobillər isə tanınmaz hala düşüb.
17:44
Bakının Heydər Əliyev prospektində ağır qəza baş verib.
NİİM-dən Oxu.Az-a verilən məlumat görə, baş vermiş qəza ilə əlaqədar yol bağlanıb və avtomobillər yola davam etmək üçün qarşı yola çıxıblar.
Qəza ilə əlaqədar sözügedən ərazidə dəhşətli tıxac müşahidə olunur. Belə ki, verilən məlumata görə, tıxacın uzunluğu bir neçə kilometr uzanıb.
Elvin Əhmədov