Dünən Fontanlar meydanında çəkilmiş bu şəkil sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub, Oxu.Az BAKU.WS-ə istinadən xəbər verir.
Fotoşəkilin müəllifi Fərhad Rzayev vəziyyəti belə təsvir edib:
“Yanımdan 12-14 yaşlı uşaqlar keçdi, hər birinin əlində sellofan paketdə yapışqan var idi. Bu yapışqanı iynəyən uşaqlar Makdonaldsın yanına düşürdülər.
Fotoşəkildə geridə qalmış iki uşaq görünür: onlardan sağda olanın halı pisləşdi və o, dostlarının gülüşləri altında tez-tez yıxılırdı. İkinci hər dəfə onu qaldırırdı. Oğlan qalxır, lakin bir müddət sonra yenidən özünü pis hiss edib yıxılırdı.
Uşaqları ətrafdan keçənlərin diqqət mərkəzində olmaları qətiyyən maraqlandırmırdı və onlar “kley” paketlərini yellədərək, bir neçə dəqiqədən sonra “Torqovıy” küçəsi tərəfdə yoxa çıxdılar.
Hər şeydən çox təəccübləndirən odur ki, hətta meriya, polis şöbəsi və parkın administrasiyası ilə razılaşdırılmadığı təqdirdə fleşmoberlərin aksiyalarının da dağıdıldığı şəhərimizdə belə hallar baş verə bilərmiş.
Bu, uşaq narkomanlığına bir nümunədir, lakin yeganə belə misal deyil. Və çox qəribədir ki, heç bir dövlət orqanları, xəbər resursları və ictimai təşkilatlar vəziyyəti dəyişməyə çalışmırlar.
Yetkinlik yaşına çatmamış, çirkli, üst-başı pis vəziyyətdə olan uşaqlar şəhərdə gəzərək, özlərindən on metrədək məsafəyə yapışqanın kəskin iyini yayırlar. Yıxılır, bir-birini qaldırır, mənasız cümlələr qışqırırlar, çünki danışa bilmirlər. Və bu, heç kimə maraqlı deyil. Tamamilə heç kimə.
Adətən, işə, “Məndən uzaqdır, mənə aidiyyatı yoxdur” prinsipi müdaxilə edir. Lakin inanın, nə vaxtsa gecə, küçənin qaranlıq yerində sizə arxadan hücum etsələr, yeni yapışqan dozası üçün qarət etsələr, o zaman cəmiyyətin problemləri sizə bu qədər uzaq və yad görünməyəcək.