Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıxanov qəsəbəsində mazutluq ərazidə baş verən yanğın söndürüldü
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində mazutluq ərazidə baş verən yanğın söndürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində baş verən yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yaxınlıqda yerləşən tikililər yanğından mühafizə olunub.

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində mazutluq ərazidə yanğın olub.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- Fövqəladə Hallar Nazirliyi su basmış ərazilərlə bağlı məlumat yaydı
- Sabirabad Rayon İcra Hakimiyyətindən özünü yandıran müharibə iştirakçısı ilə bağlı AÇIQLAMA
- Çox sayda nöqsanın olduğu şadlıq evi bağlandı
- Seldə boğularaq həlak olan Füzuli Paşayevin həmin tarixdə istirahət günü imiş - TƏFƏRRÜAT
- FHN: Bir sıra ərazilərdə suçəkmə və vətəndaşların təxliyə işləri yekunlaşıb