Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıxanov qəsəbəsinə gedən yolda vətəndaşlar təhlükə ilə üzləşirlər
Metronun "Neftçilər" stansiyasından Bakıxanov qəsəbəsinə gedən Rüstəm Rüstəmov küçəsində piyada zolağının silinməsi nəticəsində sakinlər ciddi təhlükə ilə üzləşdiklərini bildiriblər.
Sözügedən ərazidə, xüsusilə, məktəb və dövlət sosial-iqtisadi kolleci yerləşir. Bu isə o deməkdir ki, buradan, əsasən, məktəblilər, onların valideynləri və kollec tələbələri tez-tez istifadə edirlər. Elə özləri də bildiriblər ki, zolaq silindiyi üçün bir neçə dəfə qəza şəraiti yaranıb.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən qısa zamanda əraziyə baxış keçiriləcəyi və məsələnin həll ediləcəyi bildirilib.
Ətraflı "Xəzər xəbər"in süjetində:

"Bakıxanov qəsəbəsi" teqi üzrə xəbərlər
- Güclü yağış səbəbindən bəzi çoxmərtəbəli yaşayış komplekslərində MƏNZİLLƏRİ SU BASDI
- Bakıxanov qəsəbəsinin keçilməz küçələri: "Çox əziyyət çəkirik" - ŞİKAYƏT
- Axtarışda olan iki nəfər bağlı qapı arxasından çıxarıldı
- Sabunçuda binada iki nəfərin öldüyü partlayışa görə təqsirləndirilən mənzil sahibinə hökm oxunub
- Bakıda kişi kafedə qəfil öldü