Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
BDYPİ-dən azyaşlı övladlarına avtomobil həvalə edən valideynlərə MÜRACİƏT
"Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yetkinlik yaşına çatmayan şəxslərin gizlin, bir sıra hallarda isə məhz valideynlərinin iştirakı ilə avtomobil idarə etməsi ciddi narahatlıq doğurur".
Oxu.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb:
"Təəssüf ki, bəzən valideynlər avtomobilin sükanını bir müddət azyaşlı övladlarına həvalə etməklə artıq onların bu məsuliyyətli işin öhdəsindən gəldiklərini zənn edir, lakin yol hərəkəti qaydalarından xəbərsiz olan, mükəmməl sürmə vərdişlərinə yiyələnməyən azyaşlıların ekstremal vəziyyətlərdə aciz qalacaqlarını, özlərinin və doğmalarının arzularını yarıda qoya biləcəklərini unudurlar.
Baş Dövlət Yol Polisi İdarəsi avtomobili azyaşlı övladlarına etibar edən valideynlərə müraciət edərək onlara bu əməlin kobud qayda pozuntusu olduğunu bildirir, eyni zamanda bu yanlış addımın ağır faciələrə səbəb ola biləcəyini bir daha xatırladır".
"Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)" teqi üzrə xəbərlər
- Azərbaycanda müstəntiq faciəli şəkildə HƏLAK OLDU
- Avtoxuliqanlıq edən sürücünün işi MƏHKƏMƏYƏ göndərildi
- Bu ilin 11 ayı ərzində avtoqəzalarda 344 nəfər ölüb - RƏSMİ
- Biləsuvarda ölüm təhlükəsi saçan magistral yol: BDYPİ-dən açıqlama
- Saxta nömrədən istifadə edən sürücülük hüququ olmayan şəxs saxlanılıb
Rəylər