Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Biləcəri sakinlərinin 20 illik problemi - Su borusu niyə təmir edilmir?
"Su aydınlıqdır" desələr də, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsinin sakinlərinin güzəranı heç də aydınlıq deyil.
Ərazidən keçən qəzalı su borusu təmir olunmadığından təzyiq artırılan kimi ətraf gölməçəyə dönür. Nəmişlikdən evlərin divarlarında çatlar əmələ gəlib. Hətta su xəttinin yanında yerləşən evin hasarı borunun təmir edilməsi üçün dəfələrlə sökülsə də, problem həll olunmayıb.
"20 ildən çoxdur ki, su borusu ilə bağlı problemimiz var. Köhnə su borularıdır. Şikayət etmişik, baxmırlar. Divar sökülüb, qəzalı vəziyyətdədir. Allah uzaq etsin, uşaq altında qala bilərdi. Gərək kimsə ölsün, ondan sonra baxsınlar", - deyə sakinlər narazılıqlarını dilə gətiriblər.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ünvanda su xəttinin üzərində fərdi həyətyanı sahənin hasarı tikilib.
Bu səbəblə xətdə tez-tez qəzalar baş verir. Normativ qaydalara əsasən, tikili su xəttinin keçdiyi ərazidən ən azı 5 metr məsafədə yerləşməlidir. Su xəttinin əsaslı təmiri və bərpası üçün hasar sökülməli və xətdə təmir işləri aparılmalıdır.
Bununla bağlı abonent müvafiq Rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən məlumatlandırılıb, razılıq əldə olunduqdan sonra işlərə başlanılacaq.
Ətraflı Baku TV-nin süjetində:

"Baku TV" teqi üzrə xəbərlər
- Qarabağdan dünyaya hansı mesajlar ötürüldü?
- Səki zəbt olunub deyə piyadalar yola çıxırlar
- Nardaran sakini müasir gəlinləri topa tutdu: "Kişi yeməyini-suyunu alırsa, daha nə istəyirsən?"
- Sükan arxasına əyləşən sürücü ilk nəyə diqqət yetirməlidir? - Ekspert Aqil Rəhimovdan AÇIQLAMA
- Qərbi Azərbaycan Xronikası - İrəvan xanlığının Hindistanla böyük əlaqələri var idi