Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bu icazələr də "ASAN xidmət"dən alınacaq - VİDEO
Sentyabr ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq sahələr üzrə icazələrin verilməsini asanlaşdırmaq məqsədilə gələn aydan "ASAN xidmət"in təmin etdiyi məkanda fəaliyyət göstərəcək.
Oxu.Az-ın məlumatına görə, bunu mətbuat konfransında ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.
O bildirib ki, dövlət ekoloji ekspertizası üzrə müvafiq icazələrin, eyni zamanda, vəhşi heyvan və balıqların ovuna icazələrin verilməsi "ASAN xidmət" mərkəzində həyata keçiriləcək:
"Bununla vətəndaş müraciətlərinin daha operativ və asan şəkildə həll edilməsinə, şəffaflığın artırılmasına, göstərilən xidmətlərin təkmilləşdirilməsinə və vətəndaş məmnunluğunun təmin edilməsinə nail olunacaq".
İlhamə Əbülfət
Video: Billurə Mikayıllı, Hüseyn Həsənov
"ASAN xidmət" teqi üzrə xəbərlər
- Ülvi Mehdiyev: "ASAN xidmət" modeli BMT xətti ilə dörd qitəyə ixrac olunacaq"
- Estetik əməliyyatdan sonra vəsiqə və pasportlar dəyişdirilməlidir? - "Kaspi"nin ARAŞDIRMASI
- "ASAN xidmət" təcrübəsi Rumıniyada
- Azərbaycanda ilk dəfə keçirilən Startaplar üzrə Dünya Çempionatının qalibi müəyyənləşib
- Ülvi Mehdiyev şikayətlərdən danışdı: "ASAN xidmət" rüşvəti necə əngəlləyir?
Rəylər