Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Cəlilabadda doğuşdan sonra əkiz körpələr vəfat ediblər
Cəlilabad rayonunda doğuşdan sonra əkiz körpələr vəfat ediblər.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 22 dekabr tarixində saat 23 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Doğum və Ginekologiya şöbəsinə 2002-ci il təvəllüdlü hamilə qadın daxil olub.
Müayinə zamanı 24-25 həftəlik əkiz hamiləlik qeydə alınıb. Qadında vaxtından əvvəl doğuş prosesi başlayıb.
Saat 00:00-da çəkisi 700 qram olan (kişi cinsli) körpə, 00:10-da isə çəkisi 650 qram olan (qadın cinsli) körpə (ekstremal azçəkili dərin yetişməzliklə) doğulub.
Göstərilmiş bütün reanimasiyon tədbirlərə baxmayaraq 23 dekabr tarixində ölüm faktı qeydə alınıb.
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Qobustanda baş vermiş dəhşətli avtomobil qəzasında xəsarət alanların vəziyyəti AÇIQLANDI
- Küləkli havada neçə nəfər xəsarət alıb?
- AZAL təyyarəsinin qəzasında xəsarət alanların SON DURUMU açıqlandı
- Bakıda 9 yaşlı qız vəfat etdi - Təcili yardım NİYƏ GECİKİB?
- Xalq artisti Ənvər Həsənov müalicə aldığı xəstəxanadan evə buraxıldı
Rəylər