Azərbaycanda daha iki nəfər suda boğulub.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, avqustun 29-da Gürcüstan vətəndaşı Nüşabə Əliyeva Sabunçu rayonu Pirşağı qəsəbəsinin ərazisindəki çimərlikdə batıb.
Cəlilabad rayon sakini Səccad Hüseynov isə Lənkəran şəhəri Sütəmurdov kəndinin ərazisində suda boğulub. Onların meyitləri sudan çıxarılıb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.