Culfa Regional Tibb Mərkəzinə yeni direktor təyin olunub.
Oxu.Az-ın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov əmr imzalayıb.
Əmrə əsasən, Zaur Həsənov "Culfa Regional Tibb Mərkəzi" Publik Hüquqi Şəxsin direktoru vəzifəsinə təyin edilib.
Yeni təyinatla əlaqədar olaraq Zaur Həsənov Culfa Regional Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən Culfa Rayon Mərkəzi Xəstəxanası, Ordubad Rayon Mərkəzi Xəstəxanası və Ordubad Rayon Uşaq Xəstəxanasının kollektivlərinə təqdim olunub.
Samir Əli