Bakıda daha iki nəfər dənizdə batıb.
Oxu.Az xəbər verir ki, Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə iyunun 9-da Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən “Mayak” dəniz çimərliyində qeydə alınıb.
Bərdə rayon sakini İlham Hüseynov dənizdə çimərkən suda boğularaq ölüb. Onun meyitinin tapılması üçün tədbirlər davam etdirilir.
Digər hadisə isə Xəzər rayonu Mərdəkan qəsəbəsinin ərazisindəki çimərlikdə qeydə alınıb. Binə qəsəbə sakinlərindən Elmar Davudov suda boğularaq ölüb, Ceyhun Əliyev isə suda batarkən xilasedicilər tərəfindən xilas olunub.
E.Davudovun meyitinin tapılması üçün tədbirlər davam etdirilir.