İranın baş prokuroru Qulamhüseyn Möhsüni Ejei iyunun 9-da jurnalistlərə son vaxtlar ölkədə geniş vüsət alan hicabsızlıqdan danışıb.
Oxu.Az xəbər verir ki, Media forum saytının məlumatına görə, Möhsüni Ejei deyib ki, hicabsızlığı yayan və ya hicaba riayət etməyən qadınlara qarşı sərt tədbir görüləcək:
“Biz bir qrup şəxsin cəmiyyətdə hicabsızlığı və həyasızlığı yaymasına icazə verməyəcəyik. Hüquq mühafizə qüvvələri ölkədə hicabsızlığı yayanlara qarşı sərt tədbir görməli və onun qarşısını almalıdır.
İran müsəlman ölkəsidir və qanun belə şeylərin yayılmasına imkan verməyəcək. Əgər bəziləri hicaba riayət etməsə və ya hicabsızlığı yaymağa çalışsa, hüquq mühafizə qüvvələri və məhkəmə orqanları işə qarışmalı, həmin şəxsləri məsuliyyətə cəlb edərək barələrində ciddi tədbir görməlidir”.