İlin başlanğıcından Dənizkənarı Parkda bir neçə bədbəxt hadisə baş verib, eləcə də çoxsaylı intihar cəhdləri də olub.
Ötən gecə 21 yaşlı gənc dənizə yıxılaraq boğulub. Dostların və yoldan keçənlərin cəhdlərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
İyunun sonunda “Yaxt klub”un yaxınlığında Bulvar ərazisində 20 yaşlı gənc cütlük boğulacaqdı.
Təxminən elə o dövrdə Bakı sakini Adilə Nağıyeva intihar məqsədi ilə dənizə atılıb. Qadını parkın mühafizəçiləri xilas edib.
Aprel ayında 23 yaşlı qız özünü dənizə atmaq istəyib, amma vətəndaşlar onu saxlaya biliblər.
Bir müddət öncə 20 yaşlı qız və oğlan dənizə atılmışdılar. Xilasedicilər onları Saat qülləsinin yaxınlığında sudan çıxara biliblər.
Yanvar ayında Bakı şəhərinin Səbail rayonunda Dənizkənarı Milli Parkda intihar etməyə cəhd göstərib.
Bu, hələ baş verənlərin tam siyahısı deyil.
Bizim vətəndaşların uşaqlarına üzmək öyrətmədikləri və özlərinin də bacarmadıqları məsələsini hələ bir kənara qoyaq. Hələ vətəndaşın psixikasının ağlamalı vəziyyətdə olması da bir ayrı məsələdir, bir şey olan kimi intihara əl atırlar. Bütün bunların hamısı ayrı söhbət üçün mövzudur.
Söhbət indi Dənizkənarı Parkda dincələn vətəndaşların təhlükəsizliyindən gedir. Çünki bu gecə baş vermiş faciədən yan keçmək olardı.
Redaksiyamıza oxucularımızdan biri – Samir Məmmədli müraciət edib. O, bu problemi və əsasən də dənizdə batanları xilas etmək üçün xilasedici dairələrin niyə qoyulmadığını işıqlandırmağı xahiş edib.
Həqiqətən də xilasedici dairələrin qoyulması elə də baha başa gəlməyəcək, amma bu, məqsədyönlüdür. Qəribədir ki, Dənizkənarı Parkın rəhbərliyi indiyə qədər bunu düşünə bilməyib.
Sahil boyu çəkilən sərhəd ekstrim sevən gəncləri, və bu yolla həyatla vidalaşmağı ağlına qoyanları saxlaya bilmir. Bulvarın bir hissəsində isə sevgililərin və uşaqların sevimli məkanına çevrilən tamamən sərhədlənməmiş sahə də var.
Biz səmimi qəlbdən inanırıq ki, Bakı bulvarının rəhbərliyi bizi eşidəcək və nəhayət ki, tədbir görəcək. Yay aylarında ora gələn insanların say çoxluğunu nəzərə alaraq belə bədbəxt hadisələrin hər gün olmamasına sevinmək lazımdır.
Doğrudur, bizə gətiriləcək bəhanələri öncədən təxmin edirik – bu, xilasedici dairələrdən bir neçə gün sonra əsər-əlamət də qalmayacaq, oğurlayacaqlar, deşəcəklər, üstünü yazacaqlar və s.
Amma səbəblər əsassız deyil. Vandalizm və özünə məxsus olmayan hər şeyi məhv etmək vətəndaşlarımızın vərdişləri sırasında elə möhkəm yer alıb ki, bu məfhumla mübarizə aparmaq üçün iri məbləğli cərimələr və icbari iş tətbiq etmək lazımdır.
Amma yenə də bütün bunlar təhlükəsizliyi təmin etmək üçün elementar qaydalara əməl etməkdən boyun qaçırmaq üçün səbəb deyil.
Aliyə İsmayılzadə
www.oxu.az