"Səhiyyənin Təminat Mərkəzi" publik hüquqi şəxsi (PHŞ) xəstəliklərin profilaktikasında və müalicəsində istifadə olunan dərman vasitələrinin satın alınması ilə bağlı açıq tender elan edib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan qiyməti 4 milyon 376 min manat təşkil edir.
Müsabiqənin sənədlərinə əsasən, satınalma çərçivəsində müxtəlif növ dərman vasitələrinin alınması nəzərdə tutulur. Bunlara kalsium xlorid, kalsium qlükonat, kalium xlorid, yod məhlulu, inyeksiya üçün su və digər preparatlar daxildir.
Qaynar xətt:
(055) 224 12 12