Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

DİN sənədini yoxladığı qadına sosial şəbəkədə mesaj yazan polislə bağlı araşdırmalara başladı - RƏSMİ
Daxili İşlər Nazirliyi ötən gün sosial şəbəkələrdə metronun “Koroğlu” stansiyasında polis əməkdaşının xüsusi karantin rejimi dövründə küçəyə çıxma icazəsinin olub-olmadığını yoxlamaq məqsədi ilə bir qadını saxlamasını, daha sonra həmin qadının sosial şəbəkədəki səhifəsinə tanışlıq üçün yazmasına dair iddialara aydınlıq gətirib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məsələ DİN rəhbərliyinin nəzarətindədir və faktın araşdırılması üçün müvafiq göstərişlər verilib:
“Əgər iddialar təsdiqini taparsa, həmin əməkdaş barədə ciddi tədbir görüləcək”.
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə karantin rejimi dövründə küçəyə çıxma icazəsinin olub-olmadığını yoxlamaq məqsədilə bir qadını saxlayan polis əməkdaşının, daha sonra sosial şəbəkədə həmin xanıma yazması və tanış olmaq istəməsi ilə bağlı paylaşımlar edilib.
Könül Cəfərli
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Özünü əcnəbi vətəndaş kimi təqdim edən narkotacir saxlanıldı
- Mərdəkan sakinləri qorxu içində: "Gecələr yata bilmirik"
- Sosial şəbəkədə dələduzluqla məşğul olan şəxs saxlanıldı
- Baş ədliyyə müşaviri Firad Əliyev təltif edildi
- Balakəndə çaydan qanunsuz qum-çınqıl daşıyan şəxslər məsuliyyətə cəlb olundular