"Dörd peşə təhsili müəssisəsində yenidənqurma və əsaslı təmir işləri tamamlanıb".
Oxu.Az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni direktoru İlqar Bayramlı bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, beş müəssisədə yenidənqurma və əsaslı təmir işləri davam edir:
"Yeddi müəssisə üzrə layihələndirmə aparılır. 2024-26-cı illərdə 46 yeni emalatxana yaradılıb. 8 peşə təhsili müəssisəsində 1000 yerlik yataqxana fəaliyyət göstərir".

Qaynar xətt:
(055) 224 12 12