2026-cı ilin yanvar-iyul aylarında dövlət qurumlarına kiberhücumların statistikası açıqlanıb.
Məlumata görə, son 7 ayda dövlət strukturlarına 518 kiberhücum indikatoru müəyyən edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9.6 % azdır. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Rəşad Əliyev məsələ ilə bağlı Baku TV ilə fikirlərini bölüşüb.
Ekspertin sözlərinə görə, kiberhücum sayının azalması görülən tədbirlərin müsbət göstəricisidir: "Bu, kifayət qədər yaxşı nəticədir. Hücumların azalması düzgün filtrlərin tətbiqi, vaxtında qabaqlayıcı tədbirlərin görülməsi və dövlət qurumları əməkdaşlarının bu sahədə maariflənmə səviyyəsinin yüksəlməsi ilə bağlıdır".