300-ə yaxın ölkə vətəndaşı övladlığa uşaq götürmək üçün növbə gözləyir.
Bu sözləri Movqe.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin övladlığa uşaq götürmə üzrə mütəxəssisi Lalə Ramazanova bildirib.
L.Ramazanovanın sözlərinə görə, hazırda 300-ə yaxın ölkə vətəndaşı övladlığa uşaq götürmək üçün növbə gözləyir:
“Bu növbənin yaranmasının səbəbi uşaq çatışmazlığıdır. Son illər atılmış uşaqların sayı sürətlə azalır. Övladlığa uşaq götürmək istəyənlərin sayı isə artır. Nəticədə belə növbə yaranır. Biz həmin şəxslərə bildirmişik ki, onların adı siyahıya salınıb. Növbələri çatdıqda onlara uşaq veriləcək. Buna görə, heç kəs bizdən narazı qalmamalıdır. Çünki, övladlığa uşaq götürmək istəyənləri razı salmaq üçün uşaq olmalıdır ki, biz də verək”.
www.anspress.com
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin