Tovuzda elektrik stansiyasında yanğın baş verib.
APA-nın məlumatına görə, dərhal hadisə yerinə cəlb olunan FHN-in yanğınsöndürmə qüvvələri tərəfindən yağın söndürülüb.
Əraziyə FHN-in dörd yanğınsöndürən avtomobili və 20-dən artıq canlı qüvvəsi cəlb olunub.
Qeyd edək ki, yanğın baş verən stansiya Tovuz rayonuna elektrik enerjisinin verilməsini təmin edir. Hazırda rayona elektrik enerjisinin verilməsi dayandırılıb.