Səudiyyə Ərəbistanından olan şeyx Salah Lahudiyan dövlət televiziyasının efirində bəyan edib ki, avtomobil idarə etmək qadınların övlad dünyaya gətirmək funksiyasına pis təsir göstərir.
Oxu.Az xəbər verir ki, bu barədə Əl-Ərəbiyə telekanlı məlumat yayıb.
Şeyxin sözlərinə görə, sürücü qadınların uşaqları “çatışmazlıqlar və pozğunluqlarla dünyaya gəlir”.
Şeyx güman edir ki, Səudiyyə Ərəbistanının qadınları ölkə rəhbərlərinə “sağ ol” deməlidilər ki, onlar xanımların avtomobil sürməsinə qadağanı dəstəkləyirlər.
Qeyd edək ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanı polisi avtomobil sürdüyünə görə 6 qadını 1400 dollar məbləğində cərimələmişdi.