İndoneziyanın Bali adasında keçirilən “Dünya gözəli -2013” qalibi Filippin təmsilçisi Meqan Yanq seçilib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, 23 yaşlı filippinli 5 finalçının, o cümlədən Fransa və Braziliyadan olan əsas rəqiblərini geridə qoyub.
Yarışda 130 ölkənin təmsilçisi iştirak edib. Müsabiqənin finalı 180 ölkəyə birbaşa yayımlanıb.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin