Dünən Ermənistan silahlı birləşmələri Tovuz rayonunun Əlibəyli kəndində mülki avtomobili atəşə tutublar.
Oxu.Az xəbər verir ki, Modern.az-ın cəbhə xəttində olan əməkdaşının verdiyi məlumata görə, atəş nəticəsində “VAZ-21 07” markalı mülki avtomobil tam yanaraq sıradan çıxıb. Xoşbəxtlikdən maşının içindəki sərnişinlər vaxtında qaçaraq xilas ola biliblər.
Bu hadisədən 5 dəqiqə sonra Azərbaycan Ordusunun həmin istiqamətdə açdığı cavab atəşi nəticəsində ermənilərin “Jeep” markalı maşını atəşə tutularaq yandırılıb.