Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Fatma Yıldırım: “Qarabağdakı yeni infrastruktur layihələrində könüllülük prinsipi önəmlidir”
“İşğaldan azad edilən ərazilərdə quruculuq işlərinə dəstək vermək hər bir azərbaycanlının arzusudur”.
Oxu.Az xəbər verir ki, bununla bağlı Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü, deputat Fatma Yıldırım məlumat verib.
O bildirib ki, bu məqsədlə Qarabağ Dirçəliş Fondunun yaradılması ilə bağlı tapşırıq verilib:
“İnformasiya müharibəsinin davam etdiyi dövrdə Qarabağ Dirçəliş Fondunun nəzdində “Karabakh.Center” portalının yaradılması erməni vandalizminin dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılmasında mühüm rol oynayacaq.
Bu məsələdə xaricdə yaşayan azərbaycanlıların fəaliyyəti də önəmlidir. Qarabağda dağıdılan sosial, iqtisadi resurslar, abidələrimiz müasir texnologiyalarla bərpa edilməlidir. Bu, çox uzun mərhələdir. Dövlət və özəl sektorun birgə fəaliyyəti, maliyyə və iqtisadi resursları da nəzərə alsaq, qurulacaq yeni infrastruktur layihələrində könüllülük prinsipi də önəmlidir. Qarabağ Dirçəliş Fondu dinamik fəaliyyət nümayiş etdirir”.
“Hazırda keçmiş məcburi köçkünlər dədə-baba yurdlarına qayıdacağı günü gözləyir. Mən bir şuşalı kimi demək istəyirəm ki, Qarabağın ürəyi olan Şuşaya geri dönmüşük. Şuşada keçirilən Xarı Bülbül festivalında keçirilən hissləri sözlərlə ifadə etmək çətindir. Biz yaxın zamanda Qarabağımıza geri qayıdacağıq”,- deyə F. Yıldırım qeyd edib.
Könül Cəfərli
"Qarabağ" teqi üzrə xəbərlər
- Qarabağ xanlığının şərq qapısı - Əsgəran qalasından görüntülər
- Qarabağ və Şərqi Zəngəzurun bir ili: 2024-də əldə edilən uğurlar
- DİN vətəndaşlara müraciət ÜNVANLADI
- Zaxarova: "Qarabağda Azərbaycan bayrağı dalğalanır"
- Paşinyan: "Danışıqların ancaq bir nəticəsi ola bilərdi - Qarabağın Azərbaycana qaytarılması"
Rəylər