Hamilə qadın Almaniyada keçirilən musiqi festivalında uşaq dünyaya gətirib.
Oxu.Az-ın germania.one-a istinadən verdiyi məlumata görə, hamilə olduğundan xəbərsiz olan 20 yaşlı qadının uşağı festivalın çadır şəhərciyində doğulub.
Nature One texno-musiqi festivalının təşkilatçıları yeni doğulan körpənin 16 yaşından sonra ömürlük festivala pulsuz bilet ilə təmin ediləcəyini açıqlayıb. Həm ana, həm də körpə xəstəxanaya çatdırılıb, onların vəziyyəti yaxşıdır.
İ.F.