Fövqəladə Hallar Nazirliyi baş vermiş yanğınla bağlı məlumat yayıb.
Oxu.Az FHN-nin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda 500 kv.m sahədə mazut qarışıqlı məişət tullantıları yanıb.
Yaxınlıqdakı tikililər və mazut gölməçəsi yanğından mühafizə olunub.
Yanğın saat 09:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
09.54
Bu gün səhər saatlarında Bakının Sabunçu rayonu ərazisində yanğın hadisəsi baş verib.
Bu barədə Oxu.Az-a sosial şəbəkə istifadəçiləri məlumat veriblər və hadisə yerindən çəkilən fotoşəkillər və videonu redaksiyaya göndəriblər.
Bildirilir ki, əvvəlcə hadisə yerinə 1 yanğınsöndürən avtomobil gəlsə də, sonradan yanğının miqyasının böyük olduğu üçün əlavə maşınlar çağırılıb.
Hazırda yanğın söndürülüb.
Hadisənin təfərrüatlarını dəqiqləşdirməyə çalışacağıq.