Bu gün Uşaqları Beynalxalq Müdafiə Günü ilə bağlı 46№-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi, Bakı şəhər Baş DYP idarəsi və NİSSAN avtomobillərinin Azərbaycanda rəsmi distribütoru Nurgün Motors-un təşkilatı dəstəyi ilə uşaq avtoşəhərciyində “Gəlin, uşaqları yol qəzalarından qoruyaq!” dəvizi altında tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, BDYP idarəsi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Nurgün Motorsun nümayəndələri, ümumttəhsil məktəbləri,məktəbəqədər və məktəbdənkanar təhsil müəssisələrin uşaqları,müəllimlər, valideyinlər və KİV nümayəndələri qatıldığı tədbirdə məktəblərdən 100-dən çox uşaq iştirak edirdi.
Mərkəzin uşaq avtoşəhərciyi bayraqlar, şüarlar, plakatlar, stendlər, rəsmlər, yol nişanları, şarlar və güllərlə bəzədilmiş, xusüsi ayrılmış yerlərdə uşaq yaradıcılığını əks etdirən müxtəlif nümunələr sərgiləndi.
Uşaqların yolda təhlükəsizlik qaydaları, yol hərəkəttəhlükəsizliyi məsələlərinə yönəldilməsi məqsədilə keçrilən tədbirə qatılan müxtəlif yaradıcılıq dərnəklərinin xüsusi formalarla geyinmiş üzvlərinin təqdimatında interaktiv, öyrədici, hərəkətli və didaktik oyunlar nümayiş etdirdilər. Balaca rəssamlar molbert və asfalt üzərində “Yol hərəkəti qaydaları və mən!” mövzusunda rəsm çəkdilər.
Daha sonra uşaqlar tədbirin suarı əks olunmuş foto bannerlə yaxınlıqda keçən Səməd Vurğun küçəsində aksiya keçirdilər.
Banerlə yola çıxan uşaqlar sürücülərə Nurgün Motors-un hədiyyə etdiyi uşaqlar üçün yol-hərəkət qaydaları ilə bağlı maarifləndirici rəngləmə kitabları payladılar.
Təşkilatçılar tərəfindən uşaqlara və onların valideyinlərinə balacaların yol hərəkət qaydalarını daha yaxşı qavraçasına kömək edəcək yardımçı tədris vəsaitləri hədiyyə olundu.