Gəncə sakini 1953-cü il təvəllüdlü Şıxı Nəriman oğlu Hüseynovu küçədə getdiyi yerdə arı sancıb.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, onu xəstəxanaya çatdırmaq mümkün olmayıb.
Ş.Hüseynov yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
Nazir Quliyev