Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Yeni Gəncə qəsəbəsində iki avtomobil toqquşub.
Nəticədə 1970-ci il təvəllüdlü Əfqan Allahverdiyev xəsarət alıb.
O, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Vəziyyətinin kafi olduğu bildirilir.