Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Gəncədən sonra Bakıda da yayılan xəstəliyin qarşısı necə alınmalıdır?
Gəncə şəhərindəki yaşıllıqların - ağac və kolların kütləvi şəkildə xəstəliklərə tutulması müşahidə olunur.
Bu barədə Baku TV-də yayımlanan süjetdə məlumat verilib.
Qeyd edilib ki, xəstəliklər ən çox Gəncənin simvollarından hesab olunan çinar ağaclarında yayılıb.
Mütəxəssislərin sözlərinə görə, artıq şəhər ərazisindəki çinar ağaclarının 15 faizindən çoxu təhlükə ilə üz-üzədir. Elmi işçi Gülcamal Ələsgərova qeyd edib ki, bu ağaclarda aşkarlanan çinar bağacığı insanlarda da narahatlığa səbəb olur:
"Həmin zərərvericilər çinarın altında kölgələnən insanların üzərinə düşür və onları dişləyərək allergiyaya səbəb olur".
O da bildirilib ki, xəstəliklərin qarşısının alınması üçün ağacların gövdəsi yuyulmalı, ətrafı təmizlənməli, ölkəyə gətirilən əkin materialları dezinfeksiya olunmalıdır.
Daha ətraflı videomaterialda:

"Gəncə şəhəri" teqi üzrə xəbərlər
- Gəncədə evdə PARTLAYIŞ: Xəsarət alan qadının durumu açıqlandı
- Gəncədə dəm qazından zəhərlənən yeniyetmənin vəziyyəti açıqlandı
- Gəncədə yaşlı kişini avtomobil vuraraq öldürdü
- Gəncədə su qızdırıcısının partlaması nəticəsində yaralanan şəxs ÖLDÜ
- Azərbaycanda tələbə qız atasının qəbrinin yanında intihar etdi