Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə "Global Media Group" mediaholdinqin əməkdaşı Elvin Soldatov "Heydər zirvəsi"nə yürüş edib.
Oxu.Az əbər verir ki, bu barədə "Global Media Group"un rəsmi "Facebook" səhifəsində paylaşım edilib.
"Elvin Soldatov bələdçilərin müşayiəti ilə Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3 751 metr hündürlükdə yerləşən "Heydər zirvəsi"ni təxminən 3.5 saat ərzində fəth edib", - paylaşımda qeyd olunur.