Goranboyda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, martın 5-də, saat 08:45-də Goranboy rayonu Xanqərvənd kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan beş nəfər (kişi) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Onlara bədən müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Onlardan birinin vəziyyəti ağır, ikisinin orta ağır, digər iki nəfərin səhhəti isə stabil olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Goranboy-Tərtər yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan VAZ - 21011 ilə "Nissan" markalı avtomobillər toqquşub. Qəza zamanı beş nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, yaralıların vəziyyətlərinin kafi olduğu bildirilib.
Xəsarət alanlar 2003-cü il təvəllüdlü R.Şükürov, 2008-ci il təvəllüdlü İ.Furidinli, 1955-ci il təvəllüdlü M.Kərimov, 2002-ci il təvəllüdlü N.Məmmədov və 1990-cı il M.Baxışəliyevdir.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.