Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə gecə saatlarında rayonun mərkəzində qeydə alınıb.
Rayonun Qaraxıdır kənd sakini, 37 yaşlı Tural Kərimovun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə rayon sakini, 38 yaşlı Bəhruz Məmmədova məxsus “VAZ 2109” markalı avtomobil iki küçənin kəsişməsində toqquşub.
Hadisə zamanı “VAZ 2109”da olan iki nəfər - sürücü Bəhruz Məmmədov və sərnişini, rayon sakini 23 yaşlı Flora İsgəndərova xəsarət alıb.
Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar. Qəza zamanı zərbənin təsirindən avtomobillərdən biri yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.