Göyçayda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.
Oxu.Az-ın bölgə müxbiri xəbərə verir ki, Mallı-Şıxlı kənd sakinləri, 1993-cü il təvəllüdlü İsmayılzadə Məbud Nizami oğlu və onun qardaşı, 1989-cu il təvəllüdlü Pərviz İsmayılzadə ağır bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Vəziyyəti ağır olan Məbud İsmayılzadə xəstəxanada dünyasını dəyişib.
20:29
Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Göyçay-Ucar avtomobil yolunda, Hüngütlü kəndi ərazisində qeydə alınıb.
“VAZ 2107” markalı minik avtomobili sürətlə hərəkətdə olarkən qarşıda eyni istiqamətdə hərəkət edən “Qazel” markalı yük avtomobilinin arxa tərəfinə çırpılıb.
Hadisə zamanı minik avtomobilində olan bir nəfər ölüb, digəri isə ağır yaralanıb. Həmin şəxslərin qardaş olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.