Hacıqabulda baş verən yol qəzasında yaralanan şəxslərdən biri xəstəxanada dünyasını dəyişib.
“Report”un Aran bürosunun məlumatına görə, həkimlərin səyinə baxmayaraq, yol qəzasında ağır xəsarətlər alan 2003-cü il təvəllüdlü Fərhad Ədalət oğlu Quliyevin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
23:24
Hacıqabulda avtomobil aşıb, dörd nəfər xəsarət alıb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Padarçöl ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil anidən idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Yol-nəqliyyat hadisəsi nəticəsində Sabirabad rayon sakinləri, 2003-cü il təvəllüdlü Fərhad Ədalət oğlu Quliyev, Həsən Arif oğlu Rəhimov, 2000-ci il təvəllüdlü Rəşid Rəşad oğlu Abdullazadə və 2005-ci il təvəllüdlü Amin Vasif oğlu Gülməmmədov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.