Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Hər il 30-40 uşaq nikahı ilə bağlı cinayət işi açılır - AÇIQLAMA
Erkən nikahla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin daxil olan hər bir məlumat araşdırılır.
Bunu Oxu.Az-a açıqlamasında Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.
Onun sözlərinə görə, erkən nikahla bağlı məlumat olan kimi məsələ diqqətə götürülür:
“Yaşayış yeri üzrə olan yerli monitorinq komissiyası və hüquq-mühafizə orqanları ilə birlikdə fakt təsdiqini tapırsa, Cinayət Məcəlləsinə qadını nikaha daxil olmağa məcbur etməyə görə məsuliyyət nəzərdə tutan maddə var. Dörd ilə kimi azadlıqdan məhrumetmə və dörd min manat cərimə nəzərdə tutulur. Fakta əsasən, ailə siyahıya alınır və reabilitasiya işi aparılır”.
Elgün Səfərov qeyd edib ki, 2012-ci illə müqayisə etsək uşaq nikahların sayı Azərbaycanda rəsmi statistikaya görə, 10 dəfə azalıb:
“Hər il 30-40 uşaq nikahı ilə bağlı cinayət işlərini əks etdirən faktlar olur. Hazırda il ərzində erkən nikahların sayı 500-550 civarındadır. İşləyən qanunvericilik normaları öz təsirini göstərir.
Erkən nikah problemi ilə rastlaşanda sosial və psixoloji reabilitasiya işləri aparılmalıdır. Bunun üçün ailə psixoloqu təyin edilməlidir. Ailə institutu yaradılmalı, erkən nikaha cəlb edənlərə reabilitasiya işi həyata keçirilməlidir”.
İlhamə Əbülfət
www.oxu.az
Oxu.Az yeniləndi!
Rəylər