Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Hikmət Babaoğlu: "Enerji içkilərindən istifadə edənlərdə tükənmişlik sindromu başlayır"
"Enerji içkilərindən istifadə edən uşaqlarda 20 yaşdan sonra şəkər xəstəliyi və tükənmişlik sindromu başlayır".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu deyib.
O bildirib ki, bu, nəticə etibarilə demoqrafik artıma təsir edir, çünki onların uşaqları olmur:
"Bu baxımdan, Ombudsman aparatı və İnsan hüquqları komitəsi buna qarşı mübarizə aparmaq üçün birlikdə çalışmalıdırlar".
Hikmət Babaoğlu: "Enerji içkilərindən istifadə edənlərdə tükənmişlik sindromu başlayır"

Mərahim Nəsib
"Enerji içkisi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar