Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İDDİA: Vəziyyəti ağır olan xəstəni M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi qəbul etməyib
Goranboy Rayon Mərkəzi Xəstəxanasına ağır vəziyyətdə gətirilən xəstəyə göndərilməli olduğu Bakıdakı tibb müəssisəsində yaxın duran həkim tapılmayıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Xəstənin yaxını bildirib ki, Bakıya, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə təqdim edilməli olan bütün sənədlər hazırlanıb. Amma Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin zənginə baxmayaraq, Elmi Cərrahiyyə Mərkəzində xəstəni heç kim qəbul etmək istəməyib.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq.
Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılır, nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.
Əzizə İsmayılova
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Xocalıda minaya düşən Nağı İmanovun vəziyyəti açıqlandı
- Lerikdə yeniyetmənin halı pisləşdi - Bütün kənd onun üçün qarı təmizləyib yol açdı
- Hacıqabulda yük avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- İntihara cəhd edən gənc şairin vəziyyəti açıqlandı
- Qarlı havada 300-ə yaxın şəxs xəsarət alıb