Şənbə və bazar günlərində respublika ərazisində 3 nəfər suda batıb.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyunun 28-də Bakı şəhər sakini Ruslan Abdullayev Quba rayonu Qırız Dəhnə kəndində Qudyalçay çayında qayıqdan yıxılaraq suda boğulub.
İyunun 29-na keçən gecə Bakı şəhər sakini Muxtar Fərzəliyev Pirşağı dəniz çimərliyində çimərkən suda boğulub. Onun meyiti sudan çıxarılıb.
İyunun 29-da Salyan rayonu Qarabağlı kəndinin ərazisindən keçən kanalda kənd sakini Fikrət Əliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.