Bu gün əməkdar artist Tünzalə Ağayeva “Qovuş ona” adlı mahnısının klipini YouTube kanalında təqdim edib.
Oxu.Az-ın məlumatına görə, ekran işi Türkiyədə lentə alınıb. Klipdə əməkdar artistin duet ortağı Sura adlı gənc xanımdır.
Sözügedən mahnının sözləri Suraya, musiqisi Tünzalə Ağayevaya məxsusdur. Klipin rejissoru Taylan Gülər, operatoru Murat Bayrakoğludur.
Klipdə modelyer-dizayner Gülnarə Xəlilovanın geyimlərindən istifadə olunub.
Aytən Sadıqzadə
www.oxu.az