Sabirabad rayonunda bədbəxt hadisə baş verib. Rayonun iki sakini Kür çayında çimərkən boğulub.
Oxu.Az DİN-in saytına istinadən xəbər verir ki, avqustun 27-də Sabirabad rayonu Şıxsalahlı kəndində kənd sakinləri Etibar Nuriyev və Tərlan Nərimanov Kür çayında çimərkən suda boğulublar.
Onların meyitlərinin sudan çıxarılması üçün tədbirlər görülür.