Əməkdar artist Elza Seyidcahan ALS xəstəliyindən əziyyət çəkənlərə yardım məqsədilə keçirilən “Buzlu su” aksiyasında iştirak edənləri tənqid atəşinə tutub.
Oxu.Az-a bu haqda açıqlama verən müğənni bunları söyləyib:
“Hərə əlinə bir vedrə alıb, hay-küyə düşüb. İlk dəfə Azərbaycanda bunu kimsə etsə idi, deyəcəkdilər ki, başı xarabdır. Biz beləyik, avropalılarda gördüyüymüz yeniliklər bizə şirin gəlir, özümüzdəki yeniliyi isə dəstəkləmirik.
Mən sual verirəm: Niyə canlı yayımda hərə əlinə bir vedrə alıb, soyuq suyu başına tökür? Amma Elza Seyidcahanlar, Əzizə Musatafazadələr yenilik edəndə onları daşa basırsınız? Bu sualıma cavab versinlər!”.
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az